Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həmas lideri Xalid Meşal ilə görüşüb.
Musavat.com xəbər verir ki, görüş İstanbulda baş tutub. Həmas liderinin Ərdoğana bölgədəki son hadisələr haqqında məlumatlar verdiyi bildirilir.
Görüş mətbuata bağlı keçirilib. Buna görə də, Mabeyn köşkündə baş tutan görüşün təfərrüatları barəsində geniş məlumat yoxdur.