6 İyun 2014 12:36
447

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına müraciət edərək, Rusiya ilə həmsərhəd olan Ukrayna bölgələrinə getməməyi tövsiyə edir.

Teleqraf.com-un Dövlət Departamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, xüsusilə amerikalılara Rusiyada və Ukraynanın Rusiya ilə həmsərhəd bölgələrində antiamerika əhvalının olması barədə xəbərdarlıq edilib.

“Bu əhval nəinki Rusiya və anneksiya olunmuş Krımda, eyni zamanda rusiyameyilli qüvvələrin toplandığı Donbassda da hiss olunur”.

Müraciətdə eyni zamanda deyilir ki, sözügedən bölgələrdə Amerika vətəndaşları dəfələrlə təzyiq və qaçırılma təhlükəsi ilə üz-üzə qalıblar. Bu səbəbdən də, ABŞ-ın Ukraynadakı səfirliyi məhdud şəraitdə fəaliyyət göstərir.

“Səfirlik əməkdaşları münaqişə regionlarına gedib çıxa bilmir. Bu səbəbdən də hər hansı hadisə baş verərsə, səfirliyimizin əməkdaşları yardım edə bilməyəcək”, - deyə, müraciətdə yazılır.

Ülviyyə


Müəllif:
loading...