20 Dekabr 2015 23:22
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana səfər zamanı Suriya prezidenti Bəşər Əsədin təyyarəsini dörd Rusiya qırıcısı müşayiət edəcək.

"Report" xəbər verir ki, bu barədə "Fars News" agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

"ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiya komandanlığına toqquşmadan yayınmaq üçün onların qüvvələrinin Bəşər Əsədin təyyarəsinə yaxınlaşmaması barədə xəbərdarlıq edilib", - deyə agentliyin məlumatında bildirilir və əlavə olunur ki, Suriya prezidentinin marşrutu İraqın hava məkanından keçəcək.

Bundan əvvəl bir sıra kütləvi informasiya vasitələri Suriya liderinin dekabrın sonu və ya yanvarın əvvəlində Tehrana səfər edə biləcəyi barədə məlumat yayıblar. Lakin məlumat təsdiq olunmayıb.


Müəllif:

Oxşar xəbərlər