"Rusiya-Türkiyə münasibətlərindəki böhran 2016-cı ilin martında başa çatacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki,bunu Türkiyənin ticarət naziri Bülənt Tüfenkçi deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik ölkənin bu aykı ixracında gömrük ödənişlərinin azalmasını müşahidə edib: "Lakin türkiyəli istehsalçılar tez bir zamanda Rumıniya kimi digər bazarlara yönələ bildi. Rusiya tərəfi də bizim kimi sanksiyaların yerli xalqa təsirini azaltmaq üçün çalışır. Gərginlik tədricən azalır və biz proqnozlaşdırırıq ki, böhran fevral-mart aylarında bitəcək".
Nazir əlavə edib ki, sanksiyaların bank sektoruna təsiri minimal olacaq və kredit kartlarının istifadəçiləri bu təsiri hiss etməyəcəklər.
Qeyd edək ki, Moskva-Ankara münasibətləri noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurduqdan sonra gərginləşib.
Samir