22 Dekabr 2015 00:52
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Suriyanın şimalında yaşayan türkmənlər barədə əvvəlcədən məlumatlandırıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Ərdoğan Bursada, Ticarət Sənaye Palatasının iclasında deyib.

“Rusiya tərəfi iddia edir ki, onların türkmənlər barədə məlumatları olmayıb. Bu belə deyil. Mən şəxsən cənab Putinə demişdim ki, Bayırbucakda “İŞİD” yoxdur, orada türkmənlər yaşayır. İndi onları öldürürlər. Onlar bizim sərhədə gələrək deyirlər ki, ölsək də öz torpağımızda qalmaq istəyirik. Bunların hamısını başa saldım”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 17-dəki mətbuat konfransında Suriya türkmənləri barədə məlumatının olmadığını bildirib.


Müəllif:

Oxşar xəbərlər