22 Dekabr 2015 01:37
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı Erebuni aviabazasına döyüş vertolyotlarının yeni partiyası gətirilib.

Virtualaz.org saytı Rusiyanın Cənub hərbi dairəsinin komandanlığının yaydığı məlumata istinadən xəbər verir ki, bazaya 6 vahid müasir zərbə vertolyotları Mi-24P və Mi-8MT nəqliyyat vertolyotları yerləşdirilib.

“Vertolyotları Krasnodar vilayətindəki hərbi aerodromdan havaya qalxıb, Erebuni aviabazasında yerə enib”, - deyə açıqlamada bildirilir.

Lakin Rusiya döyüş vertolyotlarının Ermənistana hansı ölkənin üzərindən uçduğu göstərilmir.

Bundan əvvəl - dekabrın əvvəllərində Erebuni aviaazasında 7 döyüş və nəqliyyat vertolyotu yerləşdirilmişdi. Cənub hərbi dairəsi bildirir ki, vertolyotlar 2016-cı ilin yanvarında təlim uçuşlarına başlayacaqlar.

Rusiya mediası Ermənistandakı 102-ci bazanın aviaqruplaşmasının gücləndirilməsini Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi, o cümlədən Qarabağ münaqişəsi zonasında toqquşmaların şiddətlənməsi və Türkiyə-Rusiya gərginliyi ilə izah edir.


Müəllif: