6 İyun 2014 13:16
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, ölkənin milli təhlükəsizlik nazirinin sabiq müavini və Avstryadakı eks-səfiri Rahat Əliyev Vyanada həbs olunub.

AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə R. Əliyevin vəkili açıqlama verib. O bildirib ki, R. Əliyev adam oğurluğunda və qətildə ittiham olunaraq, barəsində axtarış elan olunub. Ötən gün isə R. Əliyev könüllü olaraq Avstriya hökumətinə özünü təqdim edib və barəsində qaldırılan ittihamla əlaqədar bu ölkənin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu söyləyib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev 2006-cı ildəki siyasi qətldə əsas şübhəli elan olunub.

Həmin tarixdə milli təhlükəsizlik nazirinin müavini işləyən R. Əliyev müxalifət lideri və onun iki köməkçisinin öldürülməsini sifariş verməkdə ittiham olunur.

Həmçinin, Qazaxıstan məhkəməsi Rahat Əliyevi tanınmış iki bankir – Joldas Timrraliyev və Aybar Xasenovu oğurlatdıraraq, qətlə yetirilməsi sifarişini verməkdə ittiham edib. R. Əliyev məhkəmənin hökmü ilə 40 il azadlıqdan məhrum olunub.

Bu günə qədər Avstrya R. Əliyevin təhvil verilməsi ilə bağlı Qazaxıstanın 2 müraciətinə mənfi cavab verib.


Müəllif: