22 Dekabr 2015 12:41
2 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Afina şəhərində polis kriminal avtoritetlərin "sxodka"sına basqın edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı olan çoxlu sayda "vor" saxlanılıb.

Dindirilmə zamanı məlum olub ki, "sxodka"ya kriminal aləmdə Dato Kutaiski ləqəbi ilə tanınan David Sebiskveradze başçılıq edib. Sebiskveradzedən başqa əməliyyat zamanı Şota Asatiani, Laşa Uqrelidze, Dato Mazanaşvili, Zviad Papiaşvili, Mixail Xutsişvili və Nodar Şukakizde də saxlanılıb.

Onların hansı məqsədlə yığışdığı açıqlanmır. Qeyd edilib ki, 61 yaşlı Sebiskveradze Yunanıstandakı gürcü klanının rəhbəridir.

Samir


Müəllif: