22 Dekabr 2015 16:35
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan məhkəməsi sabiq Ermənistan müdafiə nazirinin müavini Vahan Şirxanyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, cinayətkarlarla əməkdaşlıqda ittiham olunur.

Sabiq müdafiə nazirinin müavini İrəvanda “silahlı mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı” çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən ötən şənbə saxlanılıb. Xidmətin rəsmi saytında yerləşdirilən məlumata görə, Şirxanyan bu il noyabrın 25-də zərərsizləşdirildiyi bildirilən cinayətkar qrupla əlaqədə olub. Sözügedən mütəşəkkil dəstənin cinayət işi üzrə həbs olunanların dəqiq sayı məlum deyil, qeyri-rəsmi mənbələr 30-dan çox adamın saxlanıldığını bildiriblər.

Qeyd edək ki, Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini, baş nazir müavini vəzifələrində çalışıb.

Samir


Müəllif: