ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməsinə Moskvadan sərt reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələyə ilk etiraz Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan gəlib.
Onun sözlərinə görə, məntiqə zidd olan bu addım Rusiyaya qarşı aparılan düşmənçilik siyasəti və ikitərəfli əlaqələr üzərində dağıdıcı təsirə malik xəttin davamıdır.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi dünən Ukrayna böhranı ilə əlaqədar Rusiyaya yönəlik sanksiyaların genişləndirilməsi ilə bağlı qərar verib. Sanksiyaların tətbiq ediləcəyi siyahıya 34 fiziki şəxs və təşkilatın adı daxil edilib. Nazirlikdən verilən açıqlamada bildirilib ki, Rusiya Ukrayna böhranının sülh yolu ilə həlli üçün Minsk danışıqları zamanı üzərinə götürdüyü öhrəliklərin yerinə yetirilməsi üçün vacib addımlar atmalıdır.
Samir