23 Dekabr 2015 13:23
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi Orlean şəhərində terror aktı hazırlayan dəstəni zərərsizləşdirib.

Terleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fransa daxili işlər naziri Bernar Kaznyov məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyat zamanı 20 və 24 yaşlı iki Fransa vətəndaşı saxlanılıb. Onların evində axtarış zamanı əldəqayırma partlayıcı və silah aşkar edilib. Kaznyov qeyd edib ki, saxlanılan şəxslərin Suriyada İŞİD-in tərkibində döyüşən fransızlarla əlaqələri olub.

Samir


Müəllif: