23 Dekabr 2015 22:48
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.

Bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.

Baş nazir postuna xarici işlər naziri Georgi Kvirikaşvilinin təyin ediləcəyi gözlənilir.

"Vəzifələr keçicidir. Sonsuz olan vətən və Tanrı'dır. Mən vəzifəmdən gedirəm amma ölkəmin sadiq əsgəri olmağa davam edəcəyəm" deyə o, açıqlama verib.

Xatırladaq ki, Garibaşvili 2013-cü ildə baş nazir postuna seçilmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər