"Rusiya və Ukrayna iki ölkə arasında qaz idxalına görə yaranmış borc məsələsinin həlli üçün konstruktiv danışıqlar aparmalıdır".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin Rusiyadakı nümayəndəsi Viqaudas Uşatskas deyib.
Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərə aid məsələsidir: "Avropa Birliyi həm Rusiya, həm də Ukrayna ilə əlaqələrini saxlayır. Biz iki tərəfi də tez bir zamanda konstruktiv danışıqlara başlamağa çağırırıq".
Uşatskas qeyd edib ki, heç kim Ukraynanın defoltunda maraqlı deyil: "Əksinə, biz Ukrayna iqtisadiyyatının sabitliyi, rəqabətliliyi və şəffaflığını qorumaq niyyətindəyik".
Xatırladaq ki, Rusiya qaza görə yaranmış 3 milyard dollar borucunu bu ilin sonuna kimi ödəmək üçün Ukraynaya vaxt verib. Əks halda Rusiya beynəlxalq məhkəməyə müraciət edəcək.
Bu arada, Uşatskas bildirib ki, Brüssel gələn ilin ikinci yarısında Ukrayna, Gürcüstan və Kosovo ilə viza rejimini ləğv edəcək: "Növbəti addım - qanunvericilik prosesidir. Avropa Komissiyası yeni qanunvericiliyi formal olaraq təqdim edəcək, Avropa Parlamenti və Avropa Birliyi ölkələrinin nümayəndələri isə onu təsdiq etməlidirlər. Bunun nə qədər vaxt aparacağını demək çətindir. Ancaq gözlənilir ki, bu növbəti ilin ikinci yarısına təsadüf edəcək"
Samir