25 Dekabr 2015 21:17
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslam koalisiyası Suriyaya qoşun yeritməyi planlaşdırmır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Xalid ibn Məhəmməd əl-Atıyya deyib.

Onun sözlərinə görə, hazırda ən başlıca məqsəd terrorçuların fəaliyyəti ilə bağlı informasiya mübadiləsidir: "Biz ekstremizm ideologiyası ilə mübarizə üçün səylərimizi cəmləşdirməyə çalışırıq. Ona görə də islam koalisiyası hərbi sahədə fəaliyyət göstərməyəcək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi İslam koalisiyasına 34 islam ölkəsi daxildir.

Samir


Müəllif:

Oxşar xəbərlər