Danimarkanın “Maersk Group” holdinqin gəmiçilik üzrə fəaliyyət göstərən “Maersk Line” şirkəti qənaət planına uyğun olaraq 110 işçini ixtisar etməyə hazırlaşır.
23 min işçisi olan “Maersk Line” şirkəti 2017-ci ilin sonuna qədər 4 min işçini ixtisar etməyi planlaşdırır. Bu rəqəm isə ümumi işçilərin 17 faizini təşkil edir.
Qeyd edək ki, “Maersk Group” dünyanın 130 ölkəsində gəmiçilik, logistika və neft-qaz sənayesində fəaliyyət göstərir.