26 Dekabr 2015 01:58
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti yanvarın 1-dən etibarən qüvvəyə minəcək Türkiyənin ərzaq məhsullarına qarşı embarqo səbəbilə rus iş dünyasının nümayəndələrinə xəbərdarlıq məktubu göndərib.


Avropa.info xəbər verir ki, Rusiya Federal Rəqabət Qurumu (FAS) tərəfindən göndərilən məktubda iş adamlarına xəbərdarlıq edilib ki, qiymətləri qaldırmasınlar.

Bundan başqa türk iş adamları ilə qeyri-qanuni əməliyyatların təqib ediləcəyi haqda da xəbərdarlıq edilib.

Məktubun xüsusilə Türkiyədən ərzaq məhsulları gətirən iri holdinqlərə göndərildiyi bildirilir.

Rusiyanın müxalif qəzetlərinin yazdığına görə, iş adamları bu qərardan narazıdırlar.


Müəllif:

Oxşar xəbərlər