26 Dekabr 2015 17:56
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yanğın söndürülməsi üçün yeni kompleks yaradılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Moskva Aviasiya İnstitutunun rəhbəri Dmitri Dyakonov məlumat verib.

Onun sözlərinə görə, "Voron 700" pilotsuz vertolyot kompleksi artıq ilk sınaq uçuşunu həyata keçirib: "Kompleks MDB ölkələrindən biri tərəfindən maliyyələşdiriləcək. "Voron 700" yanğın ocaqlarının mərkəzinə xüsusi hazırlanmış bomba ataraq, onun söndürülməsinə yardım edəcək".

Dyakonov qeyd edib ki, kompleksin satışı 2016-cı ilin ikinci yarısından başlayacaq və ilk mərhələdə 20 ədəd pilotsuz vertolyot istehsal olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər