26 Dekabr 2015 22:04
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəşər Əsəd Suriyaya rəhbərlik etdiyi müddətdə Türkiyə İŞİD-lə mübarizədə Rusiya, Suriya, İran və İraq koalisiyası ilə əməkdaşlıq etməyəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Al-Arabiya” telekanalına müsahibəsində bildirib.

“Bağdadda Suriya, İran, İraq və Rusiyadan ibarət kvartet formalaşdırılıb. Türkiyəyə də ora qoşulmağı xahiş ediblər. Amma mən Vladimir Putinə dedim ki, qanunauyğunluğu şübhə doğuran prezidentin (Bəşər Əsədi nəzərdə tutur – red.) yanında otura bilmərəm”, - Ərdoğan deyib.

İraqdakı türk əsgərləri haqqında danışan Türkiyə prezidenti qeyd edib ki, onlar iraqlılara təlim keçirlər və İraq hakimiyyətinin xahişi ilə gediblər: “İŞİD İraqa girəndə iraqlılar bizdən kömək istədi. Biz köməyə hazır olduğumuzu bildirdik və bazanın qurulması üçün yerin müəyyənləşdirilməsini xahiş etdik. İraq hökuməti baza üçün Başikanı verdi”.

Qeyd edək ki, 2015-ci il sentyabra ayının sonunda Rusiya, Suriya, İran və İraq Bağdadda İŞİD-lə mübarizəsinin koordinasiyası üçün informasiya mərkəzi yaradıb.


Müəllif:

Oxşar xəbərlər