27 Dekabr 2015 11:59
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə Ukraynanın ərazisinə xarici qoşunların giriş planını təsdiq edib.


Publika.az UNIAN agentliyinə istinadən xəbər verir ki, sənədə əsasən “Sülh naminə Əməkdaşlıq” proqramı çərçivəsində NATO ölkələrinin 5 minə qədər hərbi qulluqçusu 366 gün müddətində Ukrayna ərazisinə buraxılacaq.

2016-cı ilin payızında keçiriləcək “Ağcaqayın qövsü- 2016” təlimlərində iştirak etmək üçün Kanada, Polşa və Litvadan 600 hərbi qulluqçu gələcək. 25 gün davam edəcək təlimlərdə NATO-nun 12 təyyarə və vertolyotu da daxil olmaqla hərbi texnikası istifadə olunacaq.

“Sea Breeze 2016” təlimlərində isə hərbi texnika, o cümlədən 20 gəmi və NATO-nun iki min hərbi qulluqçusu, 2016-cı il yayında keçiriləcək “Rapid Trident 2016” təlimlərində isə beş təyyarə və 10 vertolyot ilə NATO-nun iki minə qədər hərbi qulluqçusu iştirak edəcək.


Müəllif: