Türkiyəyə İŞİD başda olmaqla, terrorçu qruplaşmalara qarşı mübarizədə verdiyi dəstəyə görə təşəkkürmü bildirirəm.
Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşündə deyib.
“Mövcud vəziyyətə uyğun olaraq daha güclü dəstək gözləyirik”, - Bərzani vurğulayıb.
Davudoğlu da öz növbəsində İraqın suverenliyinin qorunmasının vacibliyini bildirib: “Bölgədə terrora qarşı verdiyimiz dəstək daha ciddi şəkildə davam edəcək”.
Qeyd edək ki, Necirvan Bərzaninin Davudoğlu ilə görüşü 50 dəqiqə, Ərdoğanla görüşü isə saat yarım davam edib.