Türkiyənin baş naziri Əhməd Davudoğlu həmkarı Aleksandr Vuçiçin dəvəti ilə 28-29 dekabr tarixlərində Serbiyaya səfər edəcək. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Belqradda keçiriləcək görüşdə, ölkələr arasında münasibətlər, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında müzakirələr aparılacaq.