Əsrlər əvvəl kral Henriyə məktubunda Nostradamus yazırdı: “Qərbi Avropanın dərinliyində, kasıb ailədə bir uşaq dünyaya gələcək. O, bir çox xalqları özünə tabe edəcək. Alman oğlu Hister qaydalara tabe olmayacaq”.
Nostradamusun proqnozlaşdırdığı uşaq 1879-cu ildə dünyaya göz açan Adolf Şiklqruber (Hitler) idi. 1894-cü ilin yanvarında Passau şəhərindəki buzlu çayda 5 yaşlı uşaq batmaq təhlükəsi ilə üzləşir. Ölümün bir addımlığında olan azyaşlının köməyinə yaxın dostu gəlir. O, suda çabalayan dostunu xilas edir. Xilaskar böyüyəndə keşiş, onun xilas etdiyi şəxs isə Almaniyaya saysız-hesabsız fəlakətlər bəxş edən Adolf Hitler idi.
Publika.az Adolf Hitlerin həyatı ilə bağlı son zamanlar açıqlanmış bəzi maraqlı məqamları təqdim edir:
Hitlerin ilk sevgilisi yəhudi millətindən olan Stefan İsaak idi. Qəribədir, Hitler bu qadını sevsə də, bunu ona heç vaxt deməmişdi. Qadının yaxın rəfiqəsinin sözlərinə görə, Hitler Stefanı çaya atmaq, özünə isə sui-qəsd etmək istəmişdi. Stefan müsahibələrindən birində demişdi ki, Hitler ülvi hissləri ilə bağlı ona heç nə deməyib.
Sözgəlişi, Hitleri dəlicəsinə sevən Yeva Braun da özünə qəsd etmişdi.
Hitler ötən əsrin 30-cu illərinin əvvəllərindən 40-ci illərin əvvəllərinədək Avropada və dünyada tütünə qarşı ən güclü mübarizə aparan dövlət başçısı idi. Bu kampaniyanın önündə siqaretə hədsiz nifrəti ilə seçilən Adolf Hitlerin özü dayanırdı. Alman həkimləri siqaretin xərçəng xəstəliyinin əsas səbəbkarlarından biri olduğunu məhz onun dövründə ilk dəfə ictimaiyyətə açıqladılar.
1938-ci ildə ABŞ-da Hitleri “İlin adamı” elan etdilər. Amerikada hesab edirdilər ki, o, dünyada “demokratiya”nın yayılmasındakı xidmətlərinə görə digər dövlət və ya hökumət rəhbərlərindən seçilir. Yeri gəlmişkən, “Times” jurnalı da Hitleri “İlin adamı” elan etmişdi.
Alman faşistlərinin lideri 1939-cu ildə Avropada sülhü “bərqərar” etdiyinə görə Nobel mükafatına da layiq görüldü. Lakin fürer Avropada gündən-günə gərginləşən konfliktlər fonunda hədiyyəni ala bilmədi. Qısa müddət sonra mükafatın Hitlerə təqdim etməkdən imtina etdilər.
Seksual oyuncaqlar
1941-ci ildə fürer rezindən seksual oyuncaqlar (gəlinciklər) düzəltmək haqda göstəriş verir. Gəlinciklər əsasən Almaniya ordusunun əsgərləri üçün nəzərdə tutulmuşdu. Məqsəd alman əsgərlərinin başqa xalqların qadınları ilə intim münasibətlərinin qarşısını almaq idi. Hitler hesab edirdi ki, “ari” xalqın etnik təmizliyini bu vasitə ilə qorumaq olar. Üstəlik, erotik gəlinciklərlə yatan əsgərlər heç vaxt düşmən ordusunun qarşısından geri çəkilmirlər.
Beləsə seksual gəlinciklər layihəsi reallaşdırıldı. Lakin bu, çox uzun çəkmədi. Çünki az sonra oyuncaqları istehsal edən fabrik antifaşist koalisiyası ölkələrinin aviasiyası tərəfindən bombardman edilərək yerlə yeksan olundu.
Qadın hormonları
ABŞ-ın xüsusi xidmət orqanları Hitlerdə qadın hormonların olduğunu, hətta inkişaf etdiyini üzə çıxarıblar. Amerikalı tədqiqatçıların iddialarına görə, hormonlar fürerin əsəbi vaxtı daha da aqressivləşməsinin qarşısını almaq, yumşalması üçün həyata keçirilib. Nasistlər düşünürdülər ki, qadınlar əsəbi və gərgin situasiyalarda kişilərə nisbətən daha az aqressiv olurlar.
Maraqlıdır, fürerə nə üçün ona zəhər yox, qadın hormonları qəbul etdiriblər. Cavab sadədir: - Hitlerin yeməklərinə, qida kimi qəbul etdiyi hər bir şeyə nəzarət çox güclü idi. Almaniya rəhbərinin xüsusi dadbilənləri – dequstatorları vardı. Fürerin qəbul etdiyi bütün qidaları əvvəlcə onlar dadırdılar. Bu səbəbdən də onun yeməyinə zəhər qatmaq mümkün deyildi.
Yeri gəlmişkən, bir dəfə fürerə gül buketi təqdim edildi. Hitler isə gülləri əlcəklərini əlindən çıxarmadan alıb, onu yavərinə uzatdı. Bundan az sonra yavərdə zəhərlənmə hadisəsi qeydə alındı. Məlum oldu ki, gülün tikanlarına xüsusi zəhər yerləşdirilib. Bundan sonra Hitlerin avtomobil kortecinə gül atmaq qadağan edildi.
1939-1945-ci ildə faşist konslagerlərində 18 milyon insan aclıqdan, susuzluqdan, dözülməz rəftardan, ağır əməkdən əziyyət çəkirdi. Onların 11 milyonu nasist cəlladları tərəfindən yandırılaraq, tibbi müayinələrlə, dözülməz şərtlərlə və ağır əməklə məhv edildi.
Hitlerin xüsusi dərmanı - kokain
40-cı illərdə Hitlerin şəxsi həkimi Teodor Morel onun üçün kokain hazırladı. Fürer kokaini gün ərzində iki dəfə qəbul edirdi. O, dərmandan habelə gözlərinə də damızdırırdı. Həkim dərmanı Hitlerin bədənindəki ağrıları aradan qaldırmaq üçün hazırladığını deyirdi. Lakin narkotik maddənin bu qədər istifadə edilməsi fürerin orqanizminə mənfi təsir göstərirdi. Tarixçilər iddia edirlər ki, nasist liderinin bəzi yanlış və qəddar qərarları qəbul etməsində onun gündəlik qəbul etdiyi kokainin xüsusi rolu olub.
Bir vaxtlar dünyanın axtardığı Hitlerlə XXI əsrdə da hamının axtarışına çıxdığı Üsamə bin Ladenin ölümü haqda xəbərlərin elan edilməsi eyni günə - mayın 1-ə təsadüf edir.
Anar Tağıyev