Gürcüstan Baş naziri vəzifəsinə namizəd olan Georgi Kvirikaşvili parlamentə hökumətin yeni siyahısını təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Parlamentə təqdim edilən siyahıda əvvəlki hökumətin tərkibi demək olar ki, dəyişilməyib.
Qeyd edək ki, bir müddət öncə İrakli Qaribaşvili Gürcüstanın Baş naziri postundan istefa verib. Hazırda onun səlahiyyətlərini müvəqqəti olaraq Xarici İşlər naziri Georgi Kvirikaşvili icra edir.