İraq hərbçiləri İŞİD-in qalası sayılan Ramadiyə girib.
Bu haqda BBC-yə danışan İraq ordusundakı mənbə bildirib ki, hərbçilər əvvəl dövlət idarələrindən biri olan, sonralar isə İŞİD-in qərargahı kimi istifadə olunmuş binaya daxil olub.
İŞİD qruplaşmasının Bağdadın 90 kilometrliyində yerləşən Ramadinin şimal-şərqinə çəkildiyi bildirilir. Ordu İŞİD-in geri çəkilən vaxt əraziyə minalar düzməsindən narahatdır.
Ramadi may ayında İŞİD-in əlinə keçmişdi. Şəhərin ələ keçirilməsi İraq ordusuna böyük bir zərbə olmuşdu.