İraq ordusu rəhbərliyi paytaxt Bağdadın qərbindəki Ənbər vilayətinin mərkəzi şəhəri olan Ramadinin İŞİD işğalından azad edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ordu may ayında İŞİD-in əlinə keçən şəhəri geri almaq üçün bir həftə əvvəl əməliyyata başlayıb. Ordu komandanlığı İraq əsgərlərinin ötən gün şəhəri azad etdiyini və İŞİD döyüşçülərinin geri çəkildiyi bildirilib.
Əməliyyat zamanı ABŞ ordusu İraq əsgərlərinə havadan dəstək verib. Ramadi İraq ordusu tərəfindən İŞİD-dən azad olunan Tikritdən sonra ikinci böyük şəhərdir.
Rüstəm