6 İyun 2014 17:27
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində Rusiya ilə sərhəddə olan bəzi nəzarət-keçid məntəqəsinin bağlanması haqqında qərar qəbul edib.

Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.



“İctimai Təhlükəsizlik və yeni təhlükə mənbələrinin qarşısının alınması məqsədilə nazirlər kabineti Dövlət Sərhəd Xidmətinin 9 nəzarət-keçid məntəqəsinin bağlanılması ilə bağlı təklifini qəbul edib”, - deyə Ukrayna hökumətinin yaydığı məlumatda bildirilir.



Məhdudlaşdırma 8 məntəqəyə şamil edilib. Ümumilikdə, Donetsk və Luqansk vilayətlərində Ukrayna – Rusiya sərhədində 32 nəzarət-keçid məntəqəsi var.


Müəllif: