28 Dekabr 2015 16:59
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin rəsmi saytında məlumat yerləşdirilib:

"Rusiya prezidenti Vladimir Putin 28 noyabr 2015-ci qəbul etdiyi "Rusiya Federasiyası və onun vətəndaşlarının cinayət və digər hüquqazidd hərəkətlərdən qorunması və milli təhlükəsizliyinin təmin olunması ilə bağlı Türkiyə Respublikasına qarşı xüsusi qadağaların tətbiq edilməsi haqqında" 583 nömrəli qərara dəyişiklik edilməsi barədə fərman imzalayıb".

Yeni qadağalar tək Türkiyə şirkətlərinə deyil, Türkiyə vətəndaşları tərəfindən idarə edilən müəssisələrə də aid edilir: "Yeni qadağa və ya məhdudiyyətlər Türkiyə Respublikasının hüquqi nəzarətində olan, eləcə də, Türkiyə vətəndaşlarının və təşkilatlarının idarə etdiyi şirkətlərin Rusiya Federasiyası ərazisində fəaliyyətinə aid edilir".

Samir


Müəllif:

Oxşar xəbərlər