Türkiyə Respublikasının Mərkəzi Bankının (TRMB) 2006-cı ildə dövriyyədən çıxardığı 250 min, 500 min, 1 milyon, 5 milyon, 10 milyon və 20 milyon dəyərində olan türk lirəsi əsginazlarının 10 il ərzində yenı əsginazlara dəyişilmə müddəti bu il dekabrın 31-də başa çatır.
Teleqraf.com haberler.com saytına istinadla xəbər verir ki, bu barədə bankın rəsmi saytında dərc olunub.
TRMB-ın E7 emissiya qrupuna daxil əsginazlar dekabrın 31-i günün sonuna qədər TRMB və Türkiyə Respublikası Ziraat Bankının şöbələrində dəyişdirilə bilər. Lakin 2016-cı il yanvarın 1-dən etibarən bu əsginazlar dəyərini tamamilə itirəcək.