28 Dekabr 2015 20:42
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş barəsində təhqiqat başlanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara prokurorluğunda aparılan araşdırma S. Dəmirtaşın kürdlərə muxtariyyət verilməsi ilə bağlı açıqlamalarla əlaqədardır.

Qeyd edək ki, bu gün Demokratik Toplum Konqresi Diyarbəkirdə toplantı keçirib. Konqresin bəyanatında Türkiyə hökumətindən Abdulla Öcalanın azadlığa buraxılması, kürdlərin sıx yaşadığı bölgələrə muxtariyyət verilməsi və s. məsələlər yer alıb.


Müəllif:

Oxşar xəbərlər