29 Dekabr 2015 23:35
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 2.3 milyard avroluq paya sahib olan türk geyim şirkətləri "Su-24" böhranından sonra çətinliklərlə üzləşib. Türk mallarına qadağa qoyan Rusiya aralarında "Colin`s" "LC Waikiki" ilə "Anadolu Efes"in də olduğu 10 şirkəti "Qara siyahıdan" çıxarıb.

Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, Rusiya qırıcı böhranından sonra türk məhsullarına yəni "Made in Turkey" etiketinə mühabirə elan edib.

Rusiyanın "Kommersant" qəzeti isə qadağa siyahından çıxarılan markaların adlarını açıqlayıb. Bura "Adl", "Colin`s","Defacto", "Koton", "LC Waikiki", "Mexx" və Rusiya əməliyyatları "Fiba Group" tərəfindən aparılan "Marks&Spencer", "Banana Republic" ilə "Gap" markalarının məhsulları ölkəyə problemsiz daxil olacaq.

Xəbərdə həmçinin "Anadolu Efes"ində adı siyahıya salınıb. Ümumilikdə türklərin nəzarət etdiyi 10 marka Rusiyanın embarqo siyahısından çıxarılıb.

Rüstəm


Müəllif: