"ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyadakı əməliyyatları Türkiyəyə həyasızcasına İraqa qoşun yeritməyə imkan verir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, beynəlxalq koalisiya Suriya ilə müqayisədə İraqa fərqli münasibət sərgiləyir: "Bu, İraqdır, biz İraqı sevirik və onları tərbiyələndirməyə çalışırıq. Bu isə Suriyadır - bu diktatordur, onun sayılı günləri qalıb, biz bombardman edəcəyik. Heç kimdən soruşmayacağıq. Təxminən türklər bu gün belə deyir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada terrorçuların gizləndiyi yeri, haraları bombardman etmək lazım olduğunu bildiyini deyir. Əgər bu olmasaydı, Türkiyə həyasızcasına İraqa qoşun yeritməzdi".
Lavrov əlavə edib ki, amerikalıların özünü müstəsna xalq elan etməsi terrorçuluqla mübarizəyə maneçilik törədir: "Amerikalılara elə gəlir ki, onlar hər kəsi inandıra bilər. Yaradılmış koalisiya onların konsepsiyasıdır. NATO bu məsələni BMT Təhlükəsizlik Şurasına aparmaq istəyirdi ki, məsələni insani baxımdan həll etsin. Ancaq ABŞ düşünür ki, yox - Əsəd legitim deyil, hansısa razılaşmadan söhbət gedə bilməz".
Samir