31 Dekabr 2015 13:54
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Türkiyənin cənub-şərqindəki vəziyyətdən narahatdır.


Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Rusiya Ankaranı kürd problemini siyasi metodlarla həll etməyə çağırıb.

Moskva həmçinin Türkiyənin PKK ilə 2015-ci ilin iyulunda pozulmuş sülh danışıqlarının yenidən bərpasını istəyib:

“Kürd problemi yalnız siyasi metodlarla həll edilməlidir. Daxili konfliktlərdə güc metodundan istifadə yalnız yeni qurbanlara və situasiyanın bilinməyən nəticələrə səbəb olmasına şərait yaradır”.

Qeyd edək ki, son günlər PKK Türkiyənin cənub-şərqində aktivləşib. Rəsmi Ankara yerli əhali arasında itkilərin qarşısını almaq üçün bir sıra şəhərlərdə komendant saatı tətbiq edib. Bəzi kürd təşkilatları isə Türkiyədən rəsmən muxtariyyət tələb etməyə başlayıblar. /Axar.az/


Müəllif:

Oxşar xəbərlər