31 Dekabr 2015 23:09
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınlar Almaniya üçün bir şansdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sozləri Almaniya kansleri Algela Merkel Yeni İl çıxışında deyib.

Merkel çoxlu sayda insanın Almaniyaya gəlməsinin müəyyən bir qarşılığı olduğunu, ancaq qaçqınların Almaniya üçün bir şans yaratdığını qeyd edib: “Buna inanıram ki, əgər doğru başa düşülsə, bu gün minlərlə insanın ölkəmizə gəlməsi, onları xoşluqla qarşılamaq, sabah üçün böyük bir şansdır. Düzdür, bu, bizə müəyyən güc, pul və zaman baxımından itkilər yaradır. Lakin işi yaxşı quran ölkələr bu məsələdə hər zaman iqtisadi və cəmiyyət baxımdan qazanclı çıxar”.

Almaniyaya əməkçi miqrantların köçməsi zamanı yol verilən xətaları xatırladan kansler bu ölkənin mədəni, hüquqi, dil, qanunlarının hər kəs üçün başlıca şərt olduğunu bildirib. Bu qaydaların Almaniyada yaşayan hər kəs üçün keçərli olduğunu deyib.


Qaçqın problemini Almaniya, Avropa və beynəlxalq səviyyədə həll etmək üçün çalışdıqlarını xatırladan Merkel köç səbəblərini aradan qaldırmaq, Avropanın sərhədlərinə daha yaxşı nəzarət etmək və ölkəyə gələn qaçqınların sayını azaltmaq üçün səy sərf etdiklərini vurğulayıb.


Müəllif: