31 Dekabr 2015 23:24
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər Koordinasiya Ofisinin açıqladığı rəqəmlərə görə, İsrailin hücumları nəticəsində son bir ildə 170 fələstinli ölüb,15 377 nəfər isə yaralanıb.

Publika.az xəbər verir k, eyni dövrdə 26 israillinin öldüyünü bəyan edən təşkilatın hesabatında ölümlərin işğal altındakı Fələstin torpaqlarını və İsraildəki “hücum və qarşıdurmalarda” baş verdiyi bildirilib.

Oktyabrdan bu günə qədər ölən 63 fələstinlinin “hücum təşkil etdiyi” iddiasıyla öldürüldüyü bildirilib.

Hesabatda göstərilir ki, 2015-ci il ərzində İsrail fələstinlilərə məxsus 539 evi və tikilini dağıdıb. Nəticədə 742 fələstinli yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Bu dağıntıların 2 600 fələstinlinin həyatına təsir etdiyi bildirilir.

Lakin İsrail tərəfi dağıdılan tikililərin əksəriyyətinin qanunsuz olduğunu bəyan edib, 19-nun isə “İsraillilərə hücum etməyin cəzası” olaraq dağıdıldığını bildirib.


Müəllif:

Oxşar xəbərlər