1 Yanvar 2016 12:43
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-dən etibarən Hollandiya yarım illiyə Avropa İttifaqında sədrliyə başlayır.

Aİ-nin sədrliyini Hollandiya Lüksemburqdan təhvil alıb. Bu müddətdə Aİ Şurasının sədri ölkənin baş naziri Mark Rütte olacaq.

Hollandiya sədrliyini əsas məqsədləri kimi iş yerlərinin yaradılmasını, iqtisadi artım və rəqabət qabiliyyətinin yüksəldilməsini, bütün vətəndaşların hüquqlarının fəal müdafiəsini, iqlim dəyişikliyi sahəsində gələcək siyasət dövrün siyasəti üçün enerji alyansının yaradılmasını və s. qeyd edib.

İyul ayında Hollandiya Aİ-nin sədrliyini Slovakiyaya verəcək./report.az


Müəllif: