1 Yanvar 2016 15:31
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyi Serbiyadan Almaniyaya keçib. "Report" xəbər verir ki, Almaniya 2016-cı il boyunca təşkilata rəhbərlik edəcək.

Qeyd edək ki, ATƏT-ə sədr dəyişikliyi rotasiya əsasında hər il baş verir.

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.


Müəllif: