1 Yanvar 2016 17:10
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın nüvə təsisatlarında yoxlamalar aparılması illərlə davam edəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano deyib.

Onun sözlərinə görə, nüvə razılaşmasının icrası başa çatandan sonra da İranın nüvə obyektlərində yoxlamalar aparılması dayandırılmayacaq: “Aydın məsələdir ki, İranla 5+1 qrupuna üzv ölkələr tezliklə nüvə razılaşmasını icra etməklə Tehranın nüvə fəaliyyəti ilə bağlı ixtilafları aradan qaldıracaqlar. Lakin razılaşma tam icra olandan sonra da, İranın nüvə təsisatlarına baxış keçirilməsi və həmin mərkəzlərdə yoxlamalar aparılması işi hələ illərlə davam edəcək. Bu isə tərəflər arasında əldə edilmiş razılaşmanın şərtlərinə uyğun aparılacaq”.

Samir


Müəllif: