1 Yanvar 2016 23:07
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada dünən edilən terror xəbərdarlığına dair mətbuat konfransı keçirilib.

Musavat.com xəbər verir ki, Münxen şəhərinin polis rəisi, dost bir ölkənin gizli servisindən Almaniya hökumətinə xəbərdarlıq olunduğunu bildirib.

Rəis xəbərdarlıqdan sonra araşdırmalara başladıqlarını və şübhəliləri ələ keçirdiklərini açıqlayıb.

Məlumata görə, saxlanılan şəxslərdən biri suriyalı, digəri isə iraqlı olub.

Polis rəisi digər şübhəlilərin tapılması üçün araşdırmaların davam etdirildiyini də qeyd edib.


Müəllif: