2 Yanvar 2016 01:08
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində hərbi islahatlar çərçivəsində üç növ yeni qoşun növü yaradılıb.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu – raket qoşunları, strateji dəstək qoşunları və ordu komandanlığı qrupudur.

Bu barədə ÇXR-in Mərkəzi Hərbi Şurasının saytında yerləşdirilmiş məlumatda deyilir.

“Yaradılan yeni qoşun növləri indiki situasiyanı nəzərə alaraq, ordunun möhkəmlənməsi ilə bağlı Çin arzusunun reallaşması üçün çox vacibdir”, - deyə ÇXR sədri Si Tsinpin qeyd edib.

Ölkə rəhbəri təzəcə yaradılan qoşun növlərinin komandirlərinə onların yeni bayraqlarını təqdim edib.


Müəllif: