2 Yanvar 2016 08:57
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvatemalada həbsxanada baş verən qiyam nəticəsində ən azı 8 nəfər həlak olub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, rəsmilər qiyamın uğursuz qaçış cəhdindən sonra baş verdiyini bildiriblər.

Frans-Press agentliyinin xəbərinə görə, Puerto-Barrios şəhər həbsxanasında dekabrın 31-də axşamdan başlayan qiyam səhər saatlarına qədər davam edib. Polis situasiyaya nəzarəti ələ ala bilib. 24 məhbus xəsarət alıb.

Qvatemala Daxili İşlər Nazirliyinin məlumatına görə, 146 nəfər üçün nəzərdə tutulan həmin həbsxanada hazırda 944 məhbus saxlanılır.

Nihad


Müəllif: