7 İyun 2014 01:14
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın hazırkı hakimiyyəti hərbi vəziyyət elan etmək, qeyri-bərabər güc tətbiqi, genişmiyaslı antiterror əməliyyatlarından yayınmalıdır".

Teleqraf.com-un xəbərinə görə, bu bəyanatla Vaşinqtondakı Brukinqs İnstitutunda keçirilən beynəlxalq konfransda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Entoni Blunken çıxış edib.

O, qeyd edib ki, ABŞ bu çağırışı Rusiyanın yerinə yetirməli olduğu bur sıra şərtlərlə uyğunlaşdırıb. Blinkenin sözlərinə görə, Moskva "Ukraynadakı seçkilərin nəticələrini tanımalı və Ukrayna hakimiyyəti ilə birbaşa danışıqlara getməlidir".

Blinken deyib ki, Rusiya tərəfindən hər hansı hərbi mdaxilə, sülhməramlı və ya humanitar müdaxilə yolverilməzdir".

Nihad


Müəllif: