2 Yanvar 2016 13:44
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimalında yerləşən Heilongjiang əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.

Anadolu Agentliyinin məlumatına görə, Çin zəlzələ şəbəkələri mərkəzi hadisənin Mudanjiang şəhərinin Linkou qəsəbəsində və 5,8 kilometr dərinlikdə baş verdiyini bildirib. Zəlzələ nəticəsində baş verən dağıntı, itki və xəsarət alanlar barədə məlumat verilməyib.

437 min əhalilisi olan Linkou qəsəbəsi Heilongjiang əyalətinin şərqində yerləşir.


Müəllif: