2 Yanvar 2016 16:54
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton etiraf edib ki, senator Con Makkeynlə ən çox araq içmək üstündə yarışıb.

Teleqraf.com xəbər verir ki, prezidentliyə namizəd olmuş H.Klinton bildirib ki, əvvəllər də mərc üçün “araq yarışları”nda iştirak edib.

Keçmiş birinci xanım qeyd edib ki, C.Makkeyn ona meydan oxuduqdan sonra araq içmək qərarına gəlib: “Aramızda siyasi fikir ayrılıqları olsa da, masa arxasına keçərək araq içməyə başladıq. “Yarış” hər ikimizin araq içməyi dayandırmaq qənaətinə gəldikdən sonra dayandı. Fikrimcə, o zaman ikimiz də araq içməkdə öz həddimizə çatmışdıq”.


Müəllif: