2 Yanvar 2016 19:44
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

"McDonald's" restoranlar şəbəkəsinin ABŞ-da yerləşən dünyada ən böyük restoranı bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Tass Agentliyi məlumat yayıb.

Qapılarını müştərilərin üzünə bağlayan restoran Florida ştatında yerləşir və 1976-cı ildən fəaliyyət göstərir. Bura həmçinin məşhur “Disneyland” əyləncə mərkəzi də daxil idi.

"McDonald's" rəhbərliyi isə restoranın bağlanmasını onun yerində yeni binanın tikilməsi ilə əlaqələndirib. Məlumata görə, yeni restoranın ərazisi 1750 kv metr olacaq.

Qeyd edək ki, "McDonald's" şirkəti 1940-cı ildə yaradılıb. Şirkətin illik gəliri 27 milyard dollardır.


Müəllif: