Amerikanın “New World Hacking” haker qruplaşması BBC-nin saytına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az “ The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hücum sınaq xarakterli olub.
İnternet sahəsində İŞİD terror qruplaşması ilə mübarizə aparmağı planlaşdıran “New World Hacking” haker qruplaşması öz imkanlarını yoxlamaq üçün Britaniyanın teleradio yayım korporasiyasının saytını sındırıblar.
Qeyd edək ki, BBC-nin saytına hücum 31 dekabr 2015-ci il tarixində olub. Nəticədə internet resursuna giriş bir neçə saat mümkün olmayıb.