2 Yanvar 2016 23:38
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam XİN-i Çinin səfirinə etiraz notası təqdim edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.


Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar.


Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.


Müəllif: