3 Yanvar 2016 00:58
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 2-də Estoniya prezidenti Toomas Xendrik İlvesiin Latviyanın xanım məmuru İeva Kptse ilə nikah mərasimi keçirilib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bununla da İeva Kuptse rəsmən Estoniyanın “birinci xanımı” olub.

Mərasim Xallistdəki Müqəddəs Anna kilsəsində keçirilib. Bu məbəd Estoniyanın cənubunda, Latviya ilə sərhədin yaxınlığında yerləşir.

Bundan qabaq Estoniya prezidentin Latviyanın Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptse ilə nişanlanması haqda xəbər yayılmışdı.

Məlumata görə, bu, İeva Kuptsenin ilk rəsmi evliliyidir. Ancaq onun Latviyanın Yunanıstandakı səfiri İvars Pundursdan bur oğlu var.


Müəllif: