3 Yanvar 2016 01:40
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının xarici məsələlər üzrə Ali nümayəndəsi Federika Moqerini hesab edir ki, Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamı sünnilər və şiələr arasında gərginlik üzündən təhlükəli nəticələr verə bilər.

“Bu hadisə sünnilər və şiələr arasında gərginliyi artıra və təhlükəli nəticələr verə bilər. Bu münaqişə artıq bütövlükdə regiona ziyan vurub”, - o, deyib.

Bundan başqa, Federika Moqerini əlavə edib ki, din xadiminin edamı Səudiyyə Ərəbistanıda vətəndaş və siyasi azadlıqlara əməl olunmaması ilə bağlı narahatlıqlar doğurur.


Müəllif: