3 Yanvar 2016 09:38
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər. APA-nın ISNA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar səfirliyin binası tərədə “Molotov kokteylləri” atıblar.

Qeyd edək ki, İran tələbələri Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi qarşısında şeyx Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz olaraq aksiya keçiriblər.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.


Müəllif: