3 Yanvar 2016 09:52
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail polisi Təl-Əvivin mərkəzindəki barın qarşısında atəş açan şəxsin kimliyini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki nəfərin qətlində şübhəli bilinən milliyyətcə ərəb olan İsrail vətəndaşı Naşat Melhem barəsində axtarış elan edilib.

Qeyd edək ki, yanvarın 1-də silahlı şəxsin Təl-Əvivin mərkəzi Dizenqov küçəsində yerləşən barın qarşısında atəş açması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.


Müəllif: